Rəqqasə Fatimə doğum gününü belə qeyd etdi...
03 aprel 2013 12:26 (UTC +04:00)

Rəqqasə Fatimə doğum gününü belə qeyd etdi...

Rəqqasə Fatimə  35 yaşına sürprizlərlə qədəm  qoyub . Lent. az-ın məlumatına görə,  ad günündə yaxınları onun  evinin qarşısını şamlar, şarlar və hədiyyələrlə bəzəyiblər. Bu sürprizi ona dostları Günay İbrahimli, Sevinc Ağaşirinova prodüser Təranə Səmədova və Aysel   ediblər.  İdeya  isə rəqqasənin meneceri Ləman Babayevanın olub. Rəqqasə bu günü heç zaman unutmayacağını diqqətə çatdırıb: “Bu sürprizi təşkil edən Ləmana və  dostlara təşəkkürümü bildirirəm. Məni doğum günümdə hələ belə  təbrik edən olmamışdı”.

 

 

Onu da qeyd edək ki, rəqqasə  ona hədiyyə olunan zinət əşyasına daha çox önəm verdiyini söyləyib: “Mənə verilən hədiyyələr arasında  bir zinət əşyası var . Bunu  mənə özəl olan bir  insan verib, kimliyini söyləməyəcəyəm. Ancaq  demək istəyirəm ki, ən böyük hədiyyəm övladlarımdır .” - deyə rəqqasə bildirib.

 

Fotolar Nurlan Ələkbərovundur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2626

Oxşar yazılar