Reper: “Mənə cadu eləyiblər”
20 may 2013 23:25 (UTC +04:00)

Reper: “Mənə cadu eləyiblər”

Repçi Hüseyn Dərya ona cadu edildiyini deyir.

 

“ATV maqazin” verilişinə danışan reper konkret ünvan da göstərib: “Səhhətimlə bağlı problemlər yaşayıram. Özümü heç rahat hiss etmirəm. Bütün günü boğuluram. Həkimə gedirəm, heç bir problemin olmadığını deyir. Üç-dörd ildir bu cür yaşayıram. Axırda bildim ki, mənə cadu ediblər. Özü də keçmiş həyat yoldaşım. Amma əlimdən heç nə gəlmir. Neyləyim? Gedib onu öldürəsi deyiləm ki... Bunun canımdan çıxması üçün müəyyən vaxt lazımdır”.

 

Reper şəxsi həyatından da danışıb: “Hazırda həyatımda biri var. Qəlbim sevgi ilə döyünür. Yenidən ailə qurmağı düşünürəm”.

 

axsam.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1111
avatar

Oxşar yazılar