Prokuror: “Tarkan müalicə edilməlidir”
23 yanvar 2013 14:50 (UTC +04:00)

Prokuror: “Tarkan müalicə edilməlidir”

Türkiyənin məşhur müğənnisi Tarkan Tevetoğlu da daxil olmaqla, 17 nəfərlə bağlı narkotik vasitədən istifadə ilə əlaqədar məhkəmə prosesində diqqət çəkən olay yaşanıb.

 

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu gün İstanbul III Ağır Cəza Məhkəməsində prokuror məhkəmənin Tarkanın müalicə olunması və şərti azadlığa buraxılması barədə qərar çıxarmasını istəyib.

 

Qeyd edək ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunda hazırlanan ittiham aktında Tarkanın narkotik vasitə satın almaq, saxlamaq və istifadə etməsinə görə 1 ildən 2 ilə qədər azadlıqdan məhrum edilməsi istənilirdi.

# 2014
avatar

Oxşar yazılar