Prodüser Tolik (Tarix Əliyev) maraqlı açıqlamaları ilə diqqət çəkib. Lent.az-ın məlumatına görə, “Gündəlik” verilişində qonaq olan prodüser deyib ki, şou aləmində manyaklar var: “Düşünürəm ki, hər bir azərbaycanlının borcudur vətən üçün nəsə etsin. Elə müğənnilərimiz var ki, 15 ildir sənətdədir, amma bir dəfə Azərbaycana aid mahnı oxumayıb. Belə müğənniyə nə demək olar? Onun ya qanında problem var, ya da içindən gəlmir. Şou-biznesdə "manyaklar" çoxdur. Bir məşhur var, sosial şəbəkədə saxta profillər açır. Sonrada girib həmkarları haqqında bildiyi sirləri, ya da yalan xəbərlər yazır. Toyları, işləri-gücləri olmayan, verilişlərə getməyən müğənnilər oturur restoran kabinetlərində, girib şəkillərimizin altından mənfi fikirlər qeyd edirlər. Mənim də başım sosial şəbəkəyə görə ağrıdı, bir ifaçını təhqir etdim, amma yazdığımı danmadım. Əksəriyyəti girib müğənni həmkarlarına söyüş yazır, sonra da deyir, parolumu sındırıblar, mən deyildim”.

Oxşar yazılar

Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33