Noyabrın 16-da İtaliyada Turin-Lion sürət qatarının açılmasına etiraz aksiya keçirilmişdi.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, həmin aksiyada iştirak edən qadın polisi öpdüyü üçün cinayət məsuliyyətinə cəlb edilib.
Dekabrın 16-da İtaliyada çıxan «İlfattoQuotidiano» qəzeti bu haqda xəbər yayıb.
Olay belə baş verib - etiraz aksiyası keçirilən ərazi xüsusi təyinatlı polis tərəfindən mühasirə alınıb. Bu zaman 20 yaşlı tələbə Nina de Kiffere xüsusi təyinatlı dəstənin 25 yaşlı polisi Salvatoreyeni öpüb.
Yerli mətbuat tələbə qadının hərəkətini «sülhsevərlik və sevgi» kimi dəyərləndirib. Ancaq bu hərəkətinə görə,«seksual təcavüz» ittiham ilə tələbə həbs edilə bilər.
Nina de Kiffer isə asayiş keşikçisini öpdüyünü etiraf edərək, bunu «nifrətindən» etdiyini bildirib. Öz «fecebook» səhifəsində isə gənc tələbə belə yazıb: «Onlar ayaqlarından asılası iyrənc donuzlardır».