“Kurtlar Vadisi Pusu” teleserialında Polat Alemdar rolunu canlandıran Necati Şaşmaz xəstəxanaya yerləşdirilib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Necati Şaşmaz martın 7-də axşam teleserialın yeni bölümünün çəkilişi zamanı özünü pis hiss edib və Maslak Acıbadem Xəstəxanasına aparılıb.
Həkimlər Necati Şaşmazın xəstəxanada qalmasını məsləhət görüblər. Necati Şaşmazın ürəyi və damarları müayinə olunub. Necati Şaşmaz qısa istirahətdən sonra teleserial çəkilişlərinə qatıla biləcək.