İspaniyada diş həkimi qəsddən pasientinin bütün dişlərini çıxarıb.
Lent.az-ın «arqumentı.ru»-ya istinadən məlumatına görə, olay ölkənin Saraqos bölgəsində baş verib. Yaşlı qadın həkimin xidmət haqqını ödəmək istəməyib.
Mənbənin bildirdiyinə əsasən, həkim yaşlı qadının dişlərinin daha yaxşı olması üçün bir neçə ay çalışıb. Hesabı ödəmək vaxtı gələndə qandın xidmət haqqının çox baha olduğunu əsas göstərərək, ödənişdən imtina edib.
Bundan əsəbləşən həkim onun bütün dişlərini çıxarıb.
Hazırda 39 yaşlı həkim pasientinə bilərəkdən «xəsarət yetirmək maddəsi ilə» ittiham edilir. Onu məhkəmə gözləyir.