Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz Bakıda “Sevimli təhlükəli” filminin təqdimat mərasiminə qatılıb. Lent.az-ın məlumatına görə, tədbirin sonunda jurnalistlərin suallarını cavablandıran Özcan Dənizin “O səs Türkiyə”nin qalibi Elnur Hüseynovla bağlı fikirləri maraqla qarşılanıb: “Elnur qalib gələndən sonra onun ətrafında gəzən şayiələrdən xəbərim yoxdur. Amma gözəl səsi var. Azərbaycan onu bir dəfə “Eurovision”a göndərib. İcazə verin, bu dəfə də Türkiyəni təmsil etsin”.
Qeyd edək ki, tədbirdə filmin digər aktyorları olan Ayça Ayşin Turan, Şükrü Özyıldız da iştirak edib.