Nuriyyə Əhmədova Elnurun klipində
09 oktyabr 2014 10:44 (UTC +04:00)

Nuriyyə Əhmədova Elnurun klipində

Müğənni Elnur Məmmədov sözləri Nadoya, musiqisi Elvin Musayevə məxsus “Sonunda” adlı bəstəyə çəkilmiş klipi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözügedən mahnı yay mövsümündə daha çox sevildi: “Yeni mahnılar yazdırmışam. Belə deyək, işlərimiz çoxdur. Demək olar ki, bu mövsümdə o qədər də istirahət etmədim. İki klip çəkdirmişəm. Onlardan biri “Sonunda”, digəri isə sənət dostum Mehriban Səfərovayla ifa etdiyim “Qonşumun oğlu” adlı mahnılarıdır. Hər iki klip fərqli alınıb. “Qonşumun oğlu” adlı klipdə xalq artisti Nuriyyə Əhmədova, aktrisa Gülnarə Abdullayeva, meyxanaçı Ehtiram, İntiqam qardaşları da rol alıblar. Düşünürəm ki, klipin süjet xətti çox maraqlıdır”.

 

 

# 1443
avatar

Yalçın UĞUR

Oxşar yazılar