Nazpəri ondan ayrıldı: “Bu mənim qərarım idi”
25 noyabr 2015 20:46 (UTC +04:00)

Nazpəri ondan ayrıldı: “Bu mənim qərarım idi”

Xalq artisti Nazpəri Dostəliyeva prodüseri Mikayıl Hüseynovla işbirliyinə son qoyub.

 

Bu barədə Lent.az-a prodüserin özü məlumat verib. Prodüser sözlərinə görə, xalq artistindən ayrılmaq qərarını özü verib: “Nazpəri xanımla işbirliyinə son qoyduq. Hər şeyin bir sonu var. Beş il birgə işləyəndən sonra yollarımızı ayırdıq. Xahiş edirəm ki, bu ayrılığı başqa cür anlamasınlar. Qərarı mən verdim, Nazpəri xanım da hörmətlə qarşıladı. Gələcək işlərimizdə hər birimizə uğur arzu edirəm. Allah hər kəsin işini avand eləsin".

 

Qeyd edək ki, M.Hüseynov 2010-ci ildən N.Dostəliyeva ilə işləyirdi.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar