Bu gün bəstəkar-müğənni Arif Səlimovun toyudur. Lent. az -ın məlumatına görə, paytaxt restoranlarından birində baş tutacaq toyun xərcinin bir hissəsini xalq artisti Nazpəri Dostəliyeva çəkəcək. N. Dostəliyevanın 16 illik pərəstişkarı olan Arifin toyuna bir çox şou nümayəndəsi dəvətlidir.
Arifin “O mənəm” adlı klip təqdimatını da Nazpəri Dostəliyeva eləmişdi.
Qeyd edək ki, Arif Ans Tv-nin “Toy olsun” verilişinin iştirakçısı olub.
O, “Kovuşamadıq”, “Annəm”, “Bu dünyaya niyə gəldim ?”, “Yollar qocaltdı məni” və başqa mahnıları oxuyub.