Nazənin Təranə-Musa cütlüyü ilə dalaşan prodüserindən ayrıldı
13 aprel 2015 10:12 (UTC +04:00)

Nazənin Təranə-Musa cütlüyü ilə dalaşan prodüserindən ayrıldı

Müğənni Nazənin prodüserindən ayrılıb. Lent.az-ın məlumatına görə, ifaçı ilə uzun illərdir birgə çalışdığı prodüser Pərviz Fəqanla işbirliyinə son qoyub. Prodüser bu ayrılıqda bəzi mətbuat işçilərinin də əməyi olduğunu bildirib.

 

Məsələylə bağlı P.Fəqan ilə əlaqə saxladıq. O,  Nazəninlə işbirliyinə son qoyduğunu təsdiq etsə də,  səbəbləri açıqlamadı. Qeyd olunan səbəbləri isə nə təsdiq, nə də inkar etdi.

 

Xatırladaq ki, P.Fəqan Nazəninlə çalışan ərəfədə müğənni Günel Məhərrəmovanın da prodüseri olub.

 

Qeyd edək ki, P.Fəqan bir müddət öncə Nazəninə görə müğənni Təranə Musa cütlüyü ilə qalmaqal yaşayaraq polis bölməsinə çağrılmışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Yalçın UĞUR

Oxşar yazılar