Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımovadan sonra özünə yeni duet ortağı tapıb. Lent.az-ın məlumatına görə, meyxanaçının yeni duet ortağı xalq artisti ilə qalmaqal yaşamış əməkdar artist Elza Seyidcahan olacaq.
Məlumatı dəqiqləşdirmək üçün E.Seyidcahanla əlaqə saxladıq: “Bəli, Namiqin yeni duet ortağı mənəm. Artıq oxuyacağımız mahnı da müəyyənləşib. “Əcəb edirəm” adlı bəstəni oxuyacağıq. Düşünürəm ki, Namiqin ən uğurlu duet ortağı mən olacam. Mənim mahnılarımı Azərbaycanda bir çox ifaçılar - Gülüstan Əliyeva, Mətanət İsgəndərli, Elton Hüseynəliyev, Gülay Zeynallı oxuyub. Bəstəkar kimi də sənət yoldaşlarıma yardımçı olmaq istəyirəm”.
Xatırladaq ki, yeni duet ortaqları foto-kameralar önünə keçərək fotosessiya etdiriblər.
Qeyd edək ki, A.Kazımova ilə E.Seyidcahan xeyli müddət öncə qalmaqal yaşayıb.