Nadir yenə “Maral”dan danışdı
27 avqust 2013 09:08 (UTC +04:00)

Nadir yenə “Maral”dan danışdı

Müğənni Nadir Qafarzadə bəzi prodüserləri onun ünvanına xoşagəlməz sözlər yazmaqda günahlandırıb.


Axşam.az-ın məlumatına görə, bu barədə sənətçi “Xəzər” telekanalında yayımlanan “Star life” verilişinə açıqlamasında bildirib.

 “Son vaxtlar bir hal aşkarlamışam: bəzi müğənnilərin prodüserləri sosial şəbəkələrdə ağızlarına gələn rəyləri, təhqirləri yazırlar. Bunun üstünü artıq açmışam. Mənim üçün belə rəylərin əhəmiyyəti yoxdur”.

Nadir həmçinin son vaxtlar həmkarlarının “bu mahnı partlayacaq” sözünə də cavab verib: 

“Hamı deyir ki, partladacam. Başa düşmürlər ki, “Maral”dan sonra hansı mahnı partlayıb ki? Onu hələ heç bir bəstə keçə bilməyib”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2003
avatar

Oxşar yazılar