Hazırda Türkiyədə istirahətdə olan müğənni Nadir Qafarzadədən xəbər var. Müğənni Lent. az-a bildirib ki, sentyabrın 13-də Yaşıl Teatrda “Sən mələksən” adlı solo - konsert verəcək: “Bu gün təşkilatçı Nahid Emiloğlu ilə danışdım və belə qərara gəldik ki, sentyabrda konsert verim. Bir neçə il bundan öncə baş tutan solo - konsertimi də elə Nahid təşkil etmişdi. Konsert gerçəkləşəcəyi gün nəs günə, yəni 13-nə təsadüf etməyinə baxmayaraq, gecəmə gələn tamaşaçıları xoş sürprizlər gözləyir. Odur ki, gəlməyə dəyər”.
Qeyd edək ki, biletləri avqustun 2-dən etibarən əldə etmək olar, qiyməti isə 11- 33 manatdır.