Müğənni Nadir Qafarzadə yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, sözləri və musiqisi Seyidəli Əsgərova məxsus “Deyə bilmədim” adlı bəstəni lentə aldırıb: “Yeni mahnım bu gün işıq üzü gördü. Bu mahnı mənə hədiyyədir. İlk dəfə qulaq asan kimi bəyəndim. Mənim üçün əsas mahnın sözləri ilə musiqinin bir-birini tamamlamasıdır. Düşünürəm ki, bu mahnının sözlər daha da gözəldir. Həyatda elə insanlar var ki, gizli sevgi yaşayırlar. Sevdiklərini dilə gətirməyə çəkinirlər. Belə deyək də sadəcə uzaqdan sevməklə kifayətlənirlər. Məhz bu mahnı da həmin insanlar üçündür. Düşündüm ki, bu həyatda gizli sevgi yaşayanlar çoxdur. Elə şou-biznes aləmində də gizli sevgi yaşayanlar az deyil. Həmin insanlara da bu mahnı ismarıc olacaq. Bəstənin seviləcəyinə inanıram”.
Qeyd edək ki, N.Qafarzadənin ifasında olan “Deyə bilmədim” adlı bəstə bu gün “Youtube” kanalına yüklənib. Mahnının yaxın müddətdə radio-dalğalarda da səslənməsi də nəzərdə tutulub.