Nadir Qafarzadə özünə “Nömrə-1” deyənləri biabır etdi
04 oktyabr 2013 11:39 (UTC +04:00)

Nadir Qafarzadə özünə “Nömrə-1” deyənləri biabır etdi

Müğənni Nadir Qafarzadə özlərini “Nömrə-1” hesab edən müğənnilərə qəzəblənib. O, Lent. az-a açıqlama verərək bildirib ki, şou-biznesdə özlərini “Nömrə-1” hesab edənlər çoxdur: “Hər yerindən duran ifaçı özünə “Mən “Nömrə-1” əm deyir. Unutmasınlar ki, “Nömrə-1”, “Nömrə-2”, “Nömrə-3”  kimi nömrələr qadın büstqalterində olur. Olmaz axı belə nömrələnmək. Yaşından asılı olmayaraq, mənəm-mənəm deyənlər sakitcə öz işləri ilə məşğul olsalar yaxşıdır. Sözlə yox, mahnıları ilə öz sözlərini desinlər. Sözlərim  bir ifaçıya yox, özlərini “Nömrə-1” hesab edənlərin hamısına aiddir”.

 

Qeyd edək ki, bu yaxınlarda Lider TV-nin “Pərdə” verilişində xalq artisti Canəli Ələkbərov və əməkdar artist Baloğlan Əşrəfov “Mən “Nömrə-1” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1614
avatar

Yalçın UĞUR

Oxşar yazılar