Nadir Qafarzadə “kiçik əjdaha” ilə duet oxudu
16 iyul 2014 14:58 (UTC +04:00)

Nadir Qafarzadə “kiçik əjdaha” ilə duet oxudu

Qalmaqallı açıqlamaları ilə tanınan müğənni Nadir Qafarzadə “kiçik əjdaha” adı verdiyi tələbəsi Rauf Bədəlzadə ilə oxuduğu mahnını təqdim edib. Lent.az-a açıqlama verən N.Qafarzadə bildirib ki, “Unutulur” adlı duetin seviləcəyinə əmindir:

 

“Mənə sənətə gələn zaman heç kim dəstək olmayıb. Yolumu bağlamaq istəyənlər olub. Bu amili nəzərə alıb, istedadlı gənclərə dəstək olmağı qərara almışam. Bu gün də tələbəm Raufla birgə qədim türk bəstələrindən olan “Unutulur” adlı mahnını dinləyicilərin ixtiyarına verdik. Bu mahnını iki versiyada lentə aldırmışıq. İlk versiyanı ötən ay etdik. Daha sonra növbəti versiyanı hazırladıq.  Düşünürəm ki, duetimiz seviləcək. Rauf mənim dəstək olduğum ilk gənc olmayacaq. Münsif olduğum “Azərbaycanın səsi” layihəsində olan bir neçə tələbəmə kömək edəcəyəm. Raufla ifa etdiyim bu mahnıya klip çəkdirəcəyik. Ekran işi hazır olduqdan sonra, dinləyicilərin ixtiyarına veriləcək”.

 

 

N.Qafarzadə və R.Bədəlzadənin “Unutulur” adlı duetini təqdim edirik

# 1178
avatar

Oxşar yazılar