Bir neçə gün öncə Türkiyədən qayıdan müğənni Nadir Qafarzadədən xəbər var. Lent.az-ın məlumatına görə, N.Qafarzadə söz və musiqisi Fərid Kərimiyə məxsus “Göndər” adlı bəstəsini dinləyicilərinə təqdim edib.
Mahnı barədə öz fikirlərini Lent.az-a bölüşən müğənni deyib ki, bu mahnıya klip çəkdirmək istəyir: “Xeyli müddət idi ki, mahnı üzərində işləyirdik. Nəhayət ki, bu günlərdə hazır oldu. Mahnının seviləcəyinə inanıram. Sözləri də maraqlıdır”.
Bundan əlavə müğənni Azərbaycanda ilk dəfə həyata keçirəcəyi konsertinin hazırlıqlarını davam etdirdiyini də deyib: “Hazırda konsert üçün nəzərdə tutulan mahnılar üzərində seçim edirəm. Mahnılar arasında seçim çox olduğuna görə, bəzi mahnılar var ki, onları ifa edə bilməyəcəm. Həm də həmin günü məhz həyat yoldaşıma həsr etdiyimə görə, ona uyğun bəstələri oxuyacam. Düşünürəm ki, bu konsert xanımlarına dəyər verməyən bəzi bəylər üçün dərs olacaq”.
Qeyd edək ki, N.Qafarzadənin konserti iyulun 6-da “Yaşıl Teatr”da olacaq, konsertdə təkcə müğənninin həyat yoldaşı iştirak edəcək.