Müğənni Nadir Qafarzadənin 32 il öncə çəkilmiş fotoları yayılıb. Lent.az-ın məlumatına görə, ifaçının arxiv fotolarını AZTV-də çalışmış fotoqraf Bəxtiyar Babayev sosial şəbəkədəki səhifəsində paylaşıb.
N.Qafarzadə fotolar barəsində öz fikirlərini Lent.az-a bölüşüb: “Bu şəkillər mənim üçün çox əziz, doğma illərin yadigarıdır. 1983-ci il “Qırmızı qərənfil” məktəblilər ansanblında olarkən çəkilib. Həmin vaxt 12 yaşım var idi. O illərdən bəri xeyli zaman keçdi, amma həmin anları unutmaq olmaz. Xoş xatirələrim var. Bəzən özüm-özümlə tək qalan zaman düşünürəm o illəri. Bəzən o illərə qayıtmaq istəyirəm. Düşünürəm ki, ömrümüzdən keçən hər gün gözəl gün və sabahın xatirəsidir. Mən öz keçmişimlə fəxr edirəm. Çünki bu günlərə Allahımın köməyi və öz zəhmətimlə gəlib çıxmışam”.
N.Qafarzadənin illər öncə çəkilmiş fotolarını təqdim edirik.