<b>Nadir:</b> "Yoldaşım ölən gün..."
11 dekabr 2015 13:49 (UTC +04:00)

Nadir: "Yoldaşım ölən gün..."

Müğənni Nadir Qafarzadə növbəti dəfə şəxsi həyatı barədə açıqlama verib. Lent.az-ın məlumatına görə, “Ondan sonra” verilişinin qonağı olan ifaçı bildirib ki, həyat yoldaşı barədə verdiyi açıqlamalar cəmiyyətdə birmənalı qarşılanmayıb: “Həyatda həyat yoldaşımdan və iki oğlumdan başqa heç kimim yoxdur. Ən pis günlərimdə həyat yoldaşım mənim yanımda olub. Çox xahiş edirəm ki, bu açıqlamamı başqa yerlərə yozmayın. Çünki bir çoxları deyirlər ki, mən xanımımla özümü  reklam edirəm. Sadəcə həyat yoldaşım bu həyatda hər şeyimdir. Düz 23 ildir ki, mənə mənəvi dəstək olur. Hətta deyirəm ki, ona nəsə olsa, mən öləcəm. O, ölən gün, mən bu həyatda olmayacam”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 336
avatar

Yalçın UĞUR

Oxşar yazılar