Murad Arifin "siftə"si: <b>"Həyat yoldaşımsan"</b>
27 oktyabr 2014 18:48 (UTC +04:00)

Murad Arifin "siftə"si: "Həyat yoldaşımsan"

Aparıcı Murad Arif  “Həyat yoldaşımsan” adlı bəstəyə çəkilmiş klipi ilə bağlı mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbiri şoumen Murad Dadaşov açıq elan edərək, yeni klipi qonaqlarla bölüşüb. Ekran əsəri təqdim olunduqdan sonra gecənin səbəbkarı öz fikirlərini dilə gətirib: “Hər kəsə, bura təşrif buyuran dostlarıma minnətdaram. Açığı bu gün çox həyəcanlıyam. Bu həyəcan isə böyük məsuliyyətdən irəli gəlir. Ümumiyyətlə, mən hər işimə məsuliyyətlə yanaşıram. Düşünürəm ki, müğənnilik peşəsində də uğurlar qazanacam. Mən buna inanıram. İnam, istək olan yerdə hər şey realdır, gerçəkdir”.

 

 

M.Arif nitqinin sonunda əməkdar artist Tünzalə Ağayevaya onunla duet oxumağı təklif edib: “İndi bir təklif etmək istəyirəm. Həmin adamın özü burdadır. Bilmirəm təklifimə nə cavab verəcək, amma mən çox istərdim ki, Tünzalə xanım Ağayeva ilə duet oxuyum. Mənimlə duet ifa edərdinizmi?”.

 

T,Ağayeva da onun bu jestini cavabsız qoymayıb: “Mən sənin sadəliyini, insanlığını yüksək qiymətləndirirəm. Aparıcılığında, bəstəkarlığında qazandığın uğurları müğənnilikdə də qazanacaqsan. Bəli, sənlə duet ifa etməyə “hə” deyirəm”.

 

Onu da əlavə edək ki, söz və musiqisi  M.Arifin özünə məxsus olan “Həyat yoldaşımsan” adlı klipin təqdimatına əməkdar artist Lalə Məmmədova, müğənnilərdən Samir Cavadzadə, Ayaz Qasımov, Roza Zərgərli, Xatirə İslam, Çingiz Mustafayev, Azad Şabanov, Eldar Qasımov, aparıcı Afaq Gəncəli, Samir Bayramlı, Hüsniyyə Məhərrəmova, prodüser Təranə Səmədova, rəqqasə Oksana Rəsulova və başqaları gəlmişdi.

 

Qeyd edək ki, klipin rejissoru Fərhad Əlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1673
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07