Aprelin 4-də müğənni Sevin Ağaşirinova sözləri Nuranə Nur, musiqisi Fərid Həsənzadəyə məxsus olan "Qatar" mahnısına çəkdirdiyi klipin təqdimat mərasimini keçirib.
Lent.az-ın məlumatına görə, rejissor Türkay Azərinin ekranlaşdırdığı klipin süjet xətində "Bəxt üzüyü" filminin süjetlərindən də istifadə olunub. Müğənnin təqdimat mərasimində yaxın sənət dostları müğənni Emil Bədəlov və Tunar Rəhmanoğlu, Niyam Səlami, Sabir və prodüser Təranə Səmədova olub.