Dünən müğənni Zamiq Hüseynov konsert proqramı ilə çıxış edib. Lent. az-ın məlumatına görə, o, burda ən sevilən mahnılarını oxuyub. Konsert həm də onun pərəstişkarlarıyla görüşü ilə yadda qalıb. Pərəstişkarları ifaçının albomunu da əldə ediblər. Konsert bitdikdən sonra onunla şəkil çəkdirmək istəyən qızların hücumuna məruz qalan müğənni dərhal məkanı tərk edib.
Onu da qeyd edək ki, Murad Arifin aparıcılıq etdiyi konsert proqramında Zamiqin çıxışından sonra səhnəyə xalq artisti Brilliant Dadaşova təşrif buyurub.