Müğənni Xəyyam canlı efirdə süfrə açdı
17 aprel 2015 15:53 (UTC +04:00)

Müğənni Xəyyam canlı efirdə süfrə açdı

Bu gün Space 104 FM-in “Yanar saat” verilişində maraqlı anlar yaşanıb. Lent.az-ın məlumatına görə, verilişin formatına uyğun olaraq proqrama gələn qonaqlardan biri öz əl qabiliyyətini nümayiş etdirməlidir. Bu dəfə aparıcı Anar Vaqifoğlunun qonağı müğənni Xəyyam Nisanov olub.  

 

İfaçı veriliş üçün xüsusi olaraq yəhudi mətbəxindən yeməklər hazırlayıb. Onun necə yemək bişirməsinə qiyməti isə müğənni Nətavan Həbibi, bəstəkar-aparıcı Murad Arif, skripkaçı Ceyhun veriblər. Xəyyamın açdığı süfrə və yemək qonaqların ürəyincə olub.

 

Xatırladaq ki, “Yanar saat” verilişi hər həftənin 5-ci günü saat 13:00-dan 14:30-a qədər Space radioda yayımlanır.

 

Qeyd edək ki, “Yanar saat”ın informasiya dəstəkçisi Lent.az-dır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 411

Oxşar yazılar