Bu gün müğənni Röya Ayxan 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı seçki məntəqəsində səs verib. Səs vermədən sonra müğənni öz təəssüratlarını Lent.az-a bölüşüb. Müğənni bildirib ki, bir müğənni və vətəndaş kimi hər zaman öz öhdəsinə düşəni etməyə hazırdır: “Elə seçkilərdən öncə Azərbaycanın bölgələrində düzənlənən konsertlərdə iştirak etdim. Bu gün də çox sevə-sevə gəlib səsimi verdim. Buna görə də şadam”.
Xatırladaq ki, Röya Ayxan səs verməyə prodüseri Kənan Bayramovla birgə gəlmişdi.
Qeyd edək ki, fotolar müəllifə məxsusdur.