Aparıcı Mikayıl Güləddinoğlu “Sevimli şou” verilişinin bağlanması xəbərinə aydınlıq gətirib. Lent.az-a açıqlama verən aparıcı bildirib ki, “Sevimli şou” yayımını dayandırmayacaq: “Sevimli şou” bağlanmayıb. Davam edir. O verilişdən savayı hər həftənin ikinci günləri “Məhəbbət əhvalatları” adlı verilişlə də tamaşaçıların qonağı olacağıq. Bu proqramda tanınmışların görünməyən tərəfləri, etirafları olacaq”.