“ANS” telekanalında yayımlanan “Evdəyik” verilişində bu gün qonaq olan meyxanaçı Vüqar Əldülov proqramı yarımçıq tərk edib. Lent.az-ın məlumatına görə, gərgin anlar yaşanan verilişə dəvət alan meyxanaçı tənqidlərə münasibət bildirmək üçün bu addımı atıb.
Verilişin aparıcısı Ulvira isə Vüqarın proqram zamanı hörmətsizlik etdiyini deyib: “Verilişin əvvəlindən Vüqar başladı ki, bu nə verilişdi edirsiz? Bu nədi belə? Bayaqdan telefon əlində, oturub efirdə, kimləsə yazışır. Ayıbdır axı. Görünür ki, Vüqar bu qədər tənqid atəşinə dözmədi. Meyxanaçı kimi hörmətim var, amma gərək insan öz sözünü deməyi də bacara”.
Qeyd edək ki, video “A24.az”a məxsusdur.