Vaşinqton metrosunda oğlan dünyaya gətirdiyi üçün qadına metropoliten rəhbərliyi 100 dollarlıq gediş bileti hədiyyə edib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, 23 yaşlı Şavonta Teylor avqustun 2-də səhərə yaxın «Uşaq meydançası» platformasında doğub.
Metro əməkdaşları bildirib ki, onun sancıları qatarda gedərkən tutub. Çağırış əsasında gələn təcili yardım briqadası onu vaqondan çıxarıb.
Teylor və onun oğlu Əmir sağ-salamat xəstəxanaya çatdırılıb.