Tural Bayraməliyevin bəstəsi əməkdar artistin repertuarında yer aldı
Gənc bəstəkar Tural Bayraməliyev yenilikləri ilə yenə şou-biznesin gündəmində qala bildi. Bəstəkar əməkdar artist Mətanət İsgəndərli ilə işbirliyinə başlayıb. Müğənninin repertuarında yer alan yeni bəstənin sözləri və musiqisi Tural Bayraməliyevə məxsusdu. Əməkdar artistin “Müstəqil Azərbaycan” adlanan yeni mahnısı qardaş Türkiyədə bəstəkarın istəyi ilə aranjeman edilib.
Bəstəkar eyni zamanda mahnılarını gənc ifaçılara da həvalə edib. Yaxın zamanlarda Sevil və Sevinc bacılarının repertuarında da Turalın yeni bəstəsi yer alacaq.
Yeri gəlmişkən, məlumat üçün onu da qeyd edək ki, Tural Bayraməliyevin bəstələrinin hər ikisinə klip çəkilməsi də nəzərdə tutulub. Artıq hər iki klipin çəkilməsi üçün hazırlıq işlərinə başlanılıb.