Müğənni Mətanət Əsədova plastik əməliyyat keçirəcək. Lent.az-ın məlumatına görə, bu barədə ifaçı “Hər şey daxil” verilişində danışıb. O, bildirib ki, bu günə qədər bədənin heç bir yerində əməliyyat keçirməyib: “Bu günə qədər barəmdə o qədər böhtanlar danışıblar. Amma açığını deyim ki, mən heç yerimdə əməliyyat etdirməmişəm. Barəmdə danışırlar ki, “ay orası elədi, burası belədir”. Allahım şahiddir ki, mən heç əməliyyat etdirməmişəm. Amma bu yaxınlarda dəyişiləcəm. Tam başqa bir Mətanət olacam. Artıq həkimə müraciət eləmişəm. Danışıqlar olub. Bu fikir məndə çoxdan var idi. Amma narkozdan qorxurdum. Onu da deyim ki, həkim görəndə vücudum əsir. İndi qərarım qətidir. Fikrimi cəm etmişəm, yaxınlarda əməliyyata girəcəm. Oradan çıxanda qarşınızda bir başqa Mətanət görəcəksiniz”.

Oxşar yazılar

Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39
Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51