Türkiyəli məşhur müğənnilərdən biri yıxılaraq xəstəxanalıq olub.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, qardaş ölkənin tanınmış səs sahiblərindən olan Emel Sayın digər tanınmış həmkarları – Nükhet Duru və Sezen Aksu kimi ev qəzası keçirib. Belə ki, sənətçi evdə gəzərkən ayaqları bir-birinə dolaşıb və yerə yıxılıb.
69 yaşlı sənətçi ağrılar içində xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra Emel Sayının çiyninin qırıldığı məlum olub.
Xəstəxanada olan sənətçinin ziyarətinə sadəcə yaxınları üçün icazə verilib. Müğənninin həkimləri ona bir həftəlik istirahət etməyi məsləhət görüblər.
Ötən əsrin 70-80-ci illərində ölkəsində olduqca populyar olan müğənni eyni zamanda həmin dövr çəkilən filmlərdə də rol alıb.