Müğənni xanımına 8 mərtəbəli ev alıb
26 iyul 2014 17:49 (UTC +04:00)

Müğənni xanımına 8 mərtəbəli ev alıb

Tanınmış türkiyəli müğənni Sərdar Ortaç iyulun 7-də ailə həyatı qurduğu xanımı, maniken Klu Lofnana İstanbulda 8 mərtəbəli ev alıb. Lent.az-ın “Cumuriyyət” qəzetinin saytına istinadən verdiyi məlumata görə, Məcidəköy adlanan ərazidə yerləşən binanın qiymət təxminən 5 milyon dollardır. Müğənni xanımına bağışladığı bu binanı həm də otel kimi istifadəyə verməyi planlaşdırılır. Binanın otel şəklinə salınması üçün əlavə 1,2 milyon dollar vəsait lazımdır.

 

Sərdar Ortaç otelin ümumilikdə 90 otağı olacağını deyib: “Bütün sənədləri xanımımın adına keçirdim. O, mənim üçün Türkiyəyə köçüb, burada mənimlə yaşayır. Xanımımın gələcəyini düşünməliydim”.

 

Qeyd edək ki, otelin adı müğənninin xanımının adına uyğun olaraqna  “Chloe” adlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3297

Oxşar yazılar