Tanınmış türk müğənnisi Sərdar Ortac ata olmaya bilər. Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mərkəzi sinir sistemi xəstəliyindən əziyyət çəkən müğənninin övlad sahibi olacağı çətindir.
Xəstəliklə mübarizə aparan Ortac artıq övladlığa uşaq qəbul etmək fikrindədir. O, bununla bağlı araşdırmalar apararaq, müəyyən qurumlara müraciət edib.
Qeyd edək ki, Sərdar Ortac bir neçə ay bundan öncə irlandiyalı xanım Xloe Luqnanla ailə həyatı qurub