“Səhnə arxasında” filmindəki mahnısına görə 2015-ci ilin Oskar mükafatı nominantı ingilis müğənni Rita Ora “Döşlərini xilas et” adlı feminist hərəkatına qoşulub. Kulisin xarici mətbuata istinadən verdiyi xəbərə görə, pop müğənni çılpaq sinə təsviri olan köynək geyinmiş halda çəkdirdiyi şəkli İnstaqram səhifəsinə yerləşdirib.
O, şəklin altına belə bir şərh də yazıb: “Mənim bədənim və döşlərim, sənin üçündür, körpə bala.”
24 yaşlı Rita Ora beynəlxalq musiqi şou biznesində “Grateful” mahnısını yazandan sonra məşhur olub. Müğənninin “Ora” adlı bir albomu var. 2012-ci ildə çıxan albom Böyük Britaniyada böyük reytinq qazanıb.
“Döşlərini azad et” hərəkatı bir ildən artıqdır ki, davam edir. Hərəkatın məqsədi qadınların da kişilər kimi çılpaq sinə ilə gəzə biləcəklərini sübut etməkdir. Aksiyanı Mayli Sayrus kimi bir çox məşhurlar dəstəkləyib. 2014-cü ilin dekabrında ABŞ-da başqalarını da gender bərabərsizliyinə və senzuraya etiraz əlaməti olaraq soyunmağa təşviq edən aksiyaçılar haqqında eyniadlı tammetrajlı komediya ekranlar çıxıb.