Braziliyanın tanınmış futbolçusu Ronaldino Rio-de-Janeyrodakı dəbdəbəli imarətini bu ilin yayından icarə verməyi planlaşdırdığı deyib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda o, “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Səhifədə yerləşdirilən elana əsasən, Ronaldinonun malikanəsində bir sutka qalmaq 15,5 min dollardır.
Xatırladaq ki, Ronaldino 2004 və 2005-ci illərdə iki dəfə FİFA versiyası üzrə dünyanın ən yaxşı futbolçusu olub. Bu il futbol üzrə Braziliyada keçiriləcək dünya çempionatında o, ölkəsinin millisinə seçilməyib.