Məşhur futbolçunun arvadı səfir oldu
26 sentyabr 2014 18:08 (UTC +04:00)

Məşhur futbolçunun arvadı səfir oldu

"Spice Girl" qrupunun sabiq üzvü, dizayner Viktoriya Bekhem Londonda öz mağazasının açılış mərasimində iştirak etməyi təxirə salaraq, BMT-nin tribunasından çıxış etmək üçün Nyu-Yorka yola düşüb. Lent.az-ın buro247.az-a sitinadən məlumatına görə, buna səbəb BMT-nin UNAIDS təşkilatının onu xoşməramlı səfir elan etməsi olub. Təşkilatın icraçı direktoru Mişel Sidibe BMT-nin Baş Assambleyası çərçivəsində baş tutan mətbuat konfransı zamanı Viktoriya Bekhemə xoşməramlı səfir sertifikatını təqdim edib.

 

Bu vəzifənin məsuliyyətli olduğunu dilə gətirən xanım Bekhem "40 yaşıma gəlib çatandan sonra nə qədər böyük məsuliyyət daşıdığımı dərk etdim"-deyib. Onun sözlərinə görə, bu yolda onun ən fəal dəstəkçisi həyat yoldaşı Devid Bekhemdir.

 

Qeyd edək ki, indiyədək UNAIDS səfiri postunda Ayşvariya Ray, Naomi Uotts və Enni Lennoks çalışıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1653
avatar

Oxşar yazılar