Azərbaycanlı xanım müğənni pulsuzluqdan paltarlarını satır
01 iyun 2015 15:17 (UTC +04:00)

Azərbaycanlı xanım müğənni pulsuzluqdan paltarlarını satır

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızı rəsmi “İnstagram” səhifəsində paltarlarını satışa çıxarıb.

 

Lent.az-ın məlumatına görə, ifaçının bu addımı sosial şəbəkə izləyicilərinin marağına səbəb olub. Aytac isə bu ideyanı türkiyəli müğənni Ebru Gündeşdən götürdüyü deyib: “Heç vaxt paltarlarımı satmamışam. Qiymətindən asılı olmayaraq istənilən paltarımı hədiyyə etmişəm. Ebru Gündeşin paltarlarını satdığını görüb, mən də hədiyyə etmək fikrindən daşındım. Ebru Gündeş kimi zəngin bir xanım paltarlarını açıq satışa çıxardırsa, mən niyə satmayım?! Satışda olan paltarlarımı cəmi bir dəfə geyinmişəm. Çünki onlar gündəlik geyimlər deyil. Elə paltarlar var ki, onları ümumiyyətlə geyinməmişəm. Satış işləri ilə Nigar Tağı məşğul olacaq. Burda qəbahət iş yoxdur. Libasını satan müğənnilərimiz çoxdur. Amma onlar bunu başqasının əli ilə edir. Halal zəhmətimlə qazanıb aldığım paltarlarımı satıram. Bura utanmalı bir şey yoxdur. Əvvəlki durumuma baxanda kasıblamışam. Krizis hamımıza çatıb. Amma satışa çıxarmağımın səbəbi bu deyil. Evdə paltar əlindən yer yoxdur. Mən onsuz da, bu paltarları bir daha geyinməyəcəyəm. 100-dən çox bahalı, brend firmaların geyimləridir. Çoxunu da xaricdən almışam”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249

Oxşar yazılar

Kıvanç Tatlıtuğ yeni serialla  ekranlara qayıdır

Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır

5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan  sənətçilər

Konsertdən zəngin olan sənətçilər

5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu

Ən reytinqli serialin ulduzu soyundu

4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik  sevgilisindən ayrıldı

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı

3 iyul 2025 , 18:01
Emre Altuğun  cəsur klipi   sosial mediada həyəcana səbəb oldu -  VİDEO

Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO

3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO

Günayın yay keyfi - VİDEO

3 iyul 2025 , 12:03
Emin Ağalarov

Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi

3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi

2 iyul 2025 , 16:39