Mərhum müğənninin qızı oğurluqda ittiham olunur - VİDEO
15 may 2015 10:41 (UTC +04:00)

Mərhum müğənninin qızı oğurluqda ittiham olunur - VİDEO

Mərhum müğənni Vidadi Bərdəlinin qızı, ifaçı Aytac Vidadiqızı ifa etdiyi “Sevirəm” adlı mahnısına görə tənqid olunub. Lent.az-ın məlumatına görə, ifaçının izləyiciləri onu oğurluqda ittiham edərək “Sevirəm” mahnısının plagiat olduğunu bildiriblər. İfaçı isə mahnının özünə deyil, əcnəbi müğənniyə aid olduğunu etiraf edib: “Mən deməmişəm ki, mahnının musiqisi mənə məxsusdur. “Sevirəm” adlı mahnının sözlərinin müəllifiyəm. Düzdür, mahnının xarici bəstə olduğunu da deməmişəm. Sadəcə ifa edib tamaşaçıların ixtiyarına buraxdım. Mahnıya o qədər vurulmuşdum ki, onu özəlləşdirmək istədim. Necə ürəkdən, hansı hisslərlə ifa etdiyim də açıq-aydın hiss olunur. Nə gizlədim, mahnının müəllifi Hakim adı ilə məşhur olan Mərakeş və İspan müğənnisi Abdelhakim Bouromanedir. Mahnıda olan pop musiqinin flamenko və ərəb ritmləri ilə sintezi mənə tamam ayrı həzz yaşatdı. Bəstə o qədər gözəldir ki, istəmədim ifama qulaq asan dinləyicinin fikri ayrı yerə yönəlsin. İstədim sırf məni, yaşadığım hissləri yaşaya bilsinlər. Bu səbəbdən mahnının musiqisinin müəllifini açıqlamadım”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Yalçın UĞUR

Oxşar yazılar