Son günlərin trendinə çevrilən "selfie" çəkənlər sırasına daha bir tanınmış qoşulub. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Türkiyə şou-biznesinin meqastarı Tarkan yeni “Haydi o zaman” mahnısına klip çəkiliçləri zamanı fürsət tapıb selfie çəkib. Tarkanı “selfie”də stilistləri müşayət edib.
Şəkli öz tvitter hesabında paylaşan stilist Ceyda Balaban şəklin altına “setdən selfie” şərhini yazıb.