Maykl Ceksonun qızının intihar cəhdi
06 iyun 2013 04:46 (UTC +04:00)

Maykl Ceksonun qızının intihar cəhdi

 

Məşhur müğənni Maykl Ceksonun qızı Peris uğursuz intihar cəhdindən sonra Los-Ancelosdakı xəstəxanaya yerləşdirilib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, qızın anası Debbi Rou intihar cəhdi faktını təsdiqləyib. 15 yaşlı Perisin venasını kəsdiyi ehtimal olunur.

 

2009-cu ildə böyük dozada dərman qəbulundan vəfat etmiş M.Ceksonun 3 övladı qalıb – şahzadə  Maykl Cekson, şahzadə Maykl Cekson İkinci və Peris Maykl Ketrin Cekson.

 

Müğənninin vəsiyyətinə əsasən övladlarının hər biri 40 yaşına çatdıqdan sonra 33 milyon dollar miras ala biləcək.  

 

# 1940
avatar

Oxşar yazılar