Konçita Vurts həyatından kitab yazdı
04 mart 2015 12:40 (UTC +04:00)

Konçita Vurts həyatından kitab yazdı

Konçita Vurst Berlində həyatından bəhs edən kitabı və yeni mahnısını təqdim edib. Kulisin verdiyi xəbərə görə, “Mən Konçitayam. Mənim tarixçəm” kitabı qeyri-ənənəvi cinsi oriyentasiyası olan yeniyetmənin səhnəyə gedən yolundan danışır.

 

O, 2014-cü ildə “Avroviziya” müsabiqəsində travesti-müğənni kimi çıxış edərək, müsabiqənin qalibi olub.

 

“Özümün normal olduğumu, mənim yox, cəmiyyətin yanıldığını anlamağa illərimi sərf etdim. Amma mən bu zamanı valideynlərimdən aldım. Onlar mənim özümü axtarmağımla barışmalı oldular” – deyə artist izah edib.

 

Vurstun yeni “ You Are Unstoppable” mahnısı isə populyar və orkestr musiqisinin simbizoudur.

 

Saqqalı müğənni qadın Konçita Vurst – 26 yaşlı avstriyalı Tom Noyvirtin səhnə obrazıdır. Bu obraz 2011-ci ildə tolerantlığın müdafiəsi və ənənəvi gender rollarından imtina məqsədilə düşünülüb. Konçita obrazı ilə Tom Noyvirt 2014-cü ildə “Avroviziya” mahnı müsabiqəsində qalib olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar