Saqqallı müğənni Konçita Bürst oktyabrın 8-də Brüsseldə Avropa Parlamentinin binasının qarşısında konsert verəcək. Lent.az-ın məlumatına görə, bir saat davam edəcək konsert cəmiyyətdə cinsi azlıqların diskriminasiya olunmasına etiraz kampaniyası çərçivəsində təşkil edilir.
Avstriyanın “Yaşıllar” partiyasının nümayəndəsi Ulrik Lunaçek “Eurovision-2014”ün qalibini Brüsselə dəvət edən parlamentarlar sırasındadır. Onun fikrincə, hər kəsin qorxusuz sevmək və yaşamaq haqqı var.