Kirkorovun “Pux”u Fəridlə birgə
13 may 2013 11:42 (UTC +04:00)

Kirkorovun “Pux”u Fəridlə birgə

Rusiya estradasının ulduzu Filip Kirkorov Azərbaycanı “Eurovision-2013” təmsil edən Fərid Məmmədova gözlənilməz jest edib. Lent.az-ın məlumatına görə, Rusiyalı müğənni konsertlərində onu müşayiət edən balet ustası Aleksandr Kuzmenkonun təmsilçimizlə birgə çıxış etməsinə razılıq verib. Rusiyada “Pux” ləqəbi ilə tanınan rəqqas isə bu təklifdən məmnun olduğunu dilə gətirib. “Mən çox şadam ki, bu il Azərbaycanı mötəbər yarışmada təmsil edəcək Fəridlə eyni səhnəni paylaşacam. Bunun üçün isə cənab Filip Kirkorova minnətdarlığımı bildirirəm. Çox sağ olsun”, - deyə o əlavə edib.

 

 

Qeyd edək ki, Rusiyanın ən tanınmış rəqqaslarından hesab olunan Aleksandr Kuzmenko səhnədə təmsilçimiz Fərid Məmmədovun “kölgəsi”ni ifa edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1336
avatar

Yalçın UĞUR

Oxşar yazılar