Əməkdar artist Lalə Məmmədovanın kecmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. Lent.az-ın atv.az-a istinadən xəbərinə görə, İ.Qafarov müğənnini onun barəsində yalan xəbərlər yaymaqda günahlandırıb:
“Lalə hər yerdə mənim alfons olduğumu, biz evli olanda onun hesabına yaşadığımı deyir. Bilirsiniz ki, Bakı o qədər də böyük şəhər deyil və bu söhbətlər gəlib qulağıma çatır. Axı bu insan nəyə əsasən belə şayiələr yayır? Hamı bilir ki, mən Lalənin “raskrutka”sı üçün öz işimi atıb, ona prodüserlik etməyə başladım. Onun bütün nailiyyətlərində bilavasitə mənim əməyim var. Budurmu alfonsluq? Mən onu öz evimdən qovmuşam! Biz boşananda öz maşınımı 50 min dollara satıb, 43 minini ona verdim ki, özünə mənzil alsın. Onun maşınını satmağına razı olmadım. Bəs o nə etdi? Mənim rəhmətlik anamın bir-iki günə qırxı çıxacaq, amma Lalə nəinki başsağlığı verməyib, hətta öz valideynlərinə belə, bunu etməyə qadağa qoyub. Halbuki, onun atası mənim rəhmətlik atamla 40 il dostluq edib".
İlham Qafarov deyib ki, Lalə heç qızlarına da nənəsi ilə vidalaşmağa imkan yaratmayıb və o qızını ona qarşı “doldurur”: "Sonra durub efirdə danışır ki, “iki uşağı tək böyütmək necə çətindir”. Mənə “sən mənim üçün qocasan” deyən insan efirdə tam başqa formada danışır...”.