19,5 milyon dollar həcmində varıdatı olan britaniyalı sahibkar 1990-cı illərdə boşanmış xanımına ev qulluqçusu olmağı təklif edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, onlar əmin edib ki, iş məsələsinin birgə həyat yaşamaqla heç bir əlaqəsi yoxdur.
Vəziyət 5 il öncə dəyişib. Milyonçu evə 12 yaşlı qızı ilə birlikdə yeni məşuqəsini gətirib. Bundan başqa həmin kişi keçmiş həyata yoldaşına ev xidmətçisi olmağı təklif edib. Qadın bu təklifə kəskin münasibət göstərərək, keçmiş ərini məhkəməyə verib.
Kişi bildirib ki, keçmiş arvadı məhkəməyə müraciət etsə aclıq edəcək, özünü öldürəcək. Ancaq bu hay-küy keçmiş arvadını dayandırmayıb.
London Kral məhkəməsinin qərarında bildirilib ki, rəsmi nikahla boşandıqdan sonrakı birgə həyata arasında elə ciddi fərq yoxdur. Ona görə məhkəmə atılmış qadına 9,75 milyon dollar məbləğində pul ödənilməsi haqda qərar qəbul edib.
Milyonçu bildirib ki, keçmiş xanımı 17 milyon rubl almasına razılıq verib. Ancaq qadın bu müqaviləni təzyiq altında imzaladığını söyləyib. Hakim qadının haqlı olduğunu təsdiqləyib.
Xatırladaq ki, həmin milyonçunu adı açıqlanmayıb.