"Şou-biznesdə gedən qalmaqalların əsas mahiyyətində nəyin durduğuna nəzər salsaq, həmin insanların əsassız bir şey üstündə bir-birləri ilə söz savaşına çıxdığını görə bilərik”. Bu sözləri Lent.az-a teleaparıcı Kamran Həsənli şou-biznesin durumundan söz açarkən deyib: “ Azərbaycan şou-biznesi toyla bağlıdır. Toya xidmət edir. Bu aləmdə də qalmaqallar öncədən qurulmuş yox, şişirdilmiş formada tamaşaçıya təqdim olunur. Artıq qalmaqal nə formada olursa - olsun tamaşaçıya maraqlı deyil. Hər bir normal insan kimi qalmaqalın tərəfdarı olmamışam. Qalmaqal yox, sənət müzakirəsi aparmaq lazımdır. Amma hər şey çərçivədə olmalıdır”.
Kamran Həsənli yaradıcılıq işlərindən də söz açıb: “ Bir çox yeniliklər var. Artıq 7 yeni mahnı yazdırmışam. Onlardan biri Türk (Fərhat Göçər-“Zaman”), qalanları mənim üçün yazılmış mahnılardır”.
Qeyd edək ki, o bu günə qədər 25 mahnı ifa edib.