Kamran Həsənli Samir Piriyevlə pul söhbətinin detallarını açıqladı: <span style="color:red;">"300 min dollarım batıb"
11 mart 2016 12:45 (UTC +04:00)

Kamran Həsənli Samir Piriyevlə pul söhbətinin detallarını açıqladı: "300 min dollarım batıb"

 

Şoumen Kamran Həsənli barəsində açılmış cinayət işi barədə açıqlama verib. Lent.az-a danışan K.Həsənli bildirib ki, o, S,Piriyevdan 80 min dollar pul almayıb: “Samirlə mən Türkiyədə işbirliyində olmuşuq. Onun dediyi məbləğ Türkiyədə "BeyPet" şirkətinə qoyulub. Biz bu şirkətdən səhm almışıq. Pulu yatırdığımız şirkət də sənəd göndərib ki, bəli, bu qədər pul yatırılıb. 2009-cu ildən bu işdə ortağıq. Amma hazırda krizislə əlaqədar o şirkətin işləri yaxşı getmir. Şirkətin banka borcu var. Samirə pulu mən yox, şirkət qaytarmalıdır. İflasa uğrayan şirkətin mənə 300 min dollar, Samir Piriyevə isə 80 min dollar borcu var. Hazırda bank həmin şirkəti satışa çıxarıb. Şirkətin rəhbəri sənədlər göndərib. Həmin sənədlərdə də qeyd olunub ki, bizim verdiyimiz pullar onlardadır. Qaytaracaqlar. Pulumuzun nə zaman qaytarılacağını bilmirik. Bank şirkəti nə zaman satsa, bizim pulumuz da o zaman veriləcək. Samir də görüb ki, şirkətdən pulu almaq çətindir, bu yola əl atıb. Samir bu işlə bağlı Türkiyəyə  bir neçə dəfə gedib və 15 min dollar da alıb. Samiri o şirkətlə mən tanış etmişdim. Həmin şirkət 12 milyon dollarlıq bir şirkətdir. O şirkətdə mənim səhm payım 20% idi. 10 % faizi də Samirin idi. Amma axıra qədər pul verə bilmədi. Pulu da verə bilmədiyinə görə şirkət axsamağa başladı".

 

K.Həsənlinin sözlərinə görə, Türkiyədə səhmlarını aldıqları şirkət neft satışı, otel idarəçiliyi və s. işləri ilə məşğul olub: "Mənim səhmlərimin dəyəri 300 min dollar edir. İndi mən də şirkətdən pulu alacağım vaxtı gözləyirəm. Şirkəti məhkəməyə də verə bilərik. Ancaq şirkət özü bizim pulu qaytaracğına zəmanət verir. Hazırda şirkətin bütün səhmləri bankdadır. Satış gününü gözləyirik. Şirkət satılsa, bizim də pulumuz ödəniləcək". 

Şoumen onu da əlavə edib ki, bu işlə bağlı bu gün Bakı şəhər Prokurorluqda olub.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, K.Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Yalçın UĞUR

Oxşar yazılar