Müğənni İzzət Bağırov 22 illik fəaliyyəti ərzində demək olar ki, qalmaqal etməyib və həmkarları ilə dost münasibəti qurmağa çalışıb. Bunu Lent. az-a müğənni söyləyib:
“Hər kişinin işi deyil ki, 22 il qalmaqalsız yaşasın. Amma bunun sirrini açıqlamayacağam. Mən kartlarımı açmağı sevmirəm”.
İzzət həmçinin gündəmdə qalmağın da yollarından danışıb: “Mən həmişə gündəmdəyəm. Bu 22 ildə efirdə, toyda olmuşam, şou-proqramlara getmişəm, sevənlərim və tanıyanlarım var. Allaha da şükür ki, bu sadaladıqlarım 22 il ərazində heç azalmayıb. Məni hara lazımdır, ora da çağırırlar. Ulduzu sönmüş müğənni olsaydım çoxdan unudulardım və məni heç yerdə görməzdiniz. Gündə bir müğənni çıxır və 2-3 il sevilir, vəssalam. Müğənni var hər il, müğənni də var ömründə çəmi bir albom buraxıb. Ancaq o bir albomla özünü millətə sevdirib”.