İstintaq Robin Uilyamsın intihar etdiyini müəyyənləşdirdi
08 noyabr 2014 03:11 (UTC +04:00)

İstintaq Robin Uilyamsın intihar etdiyini müəyyənləşdirdi

Amerikalı aktyor Robin Uilyamsın ölümünü araşdıran istintaq rəsmən müəyyən edib ki, o, intihar nəticəsində dünyasını dəyişib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, Kaliforniya ştatının Marin dairəsinin müstəntiqləri Robin Uilyamsın özünü asdığı və asfiksiya nəticəsində öldüyü qənaətinə gəliblər.

 

Ekspertizanın rəyinə görə, ölümündən əvvəl aktyor alkoqol və narkotik qəbul etməyib.

 

Robin Uilyams bu il avqustun 12-də 64 yaşında ölüb. O, son illər depressiyadan əziyyət çəkirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 845
avatar

Oxşar yazılar